
Vaşinqton və Moskvadan çox gözəl xəbərlər!
Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya və ABŞ liderləri arasında telefon danışığını şərh edərkən jurnalistlərə cavabına bu sözlərlə başlayıb.
“Biz, macarlar öz təcrübəmizdən bilirik ki, amerikalılar və rusiyalılar arasında normal münasibətlər olarsa, dünya daha təhlükəsiz olacaq”, – deyə o bildirib.
Onun sözlərinə görə, Amerika və Rusiya prezidentləri sülh yolunda mühüm addım atıblar. “Ümid edirik ki, Brüssel sülh sazişinin əldə olunmasına mane ola bilməz. Bizim üçün enerji infrastrukturuna təcavüz etməmək bəyanatı xüsusilə yaxşı xəbərdir və ümid edirik ki, hər iki tərəf buna əməl edəcək”, – deyə P.Siyarto qeyd edib.