Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 806 nəfər Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın iyulun 19-da keçirilən iclasında deyib.
MSK sədri qeyd edib ki, onlardan 451 nəfəri imza vərəqələrini alıb, 31 nəfər imza vərəqələrini geri qaytarıb.
“Dörd nəfər namizəd isə artıq qeydə alınıb”, – deyə M.Pənahov əlavə edib.