MƏZAHİR PƏNAHOV: MİLLİ MƏCLİSƏ SEÇKİLƏR 6477 SEÇKİ MƏNTƏQƏSİNDƏ KEÇİRİLƏCƏK

Milli Məclisə seçkilər 6477 seçki məntəqəsində keçiriləcək.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 16-da keçirilən iclasında söyləyib.

O deyib ki, onlardan 6343 daimi, 134 müvəqqəti seçki məntəqələridir.

Bildirilib ki, müvəqqəti məntəqələr səsvermə gününə 5 gün qalmış yaradılır, ona görə də bu say dəyişə bilər.