MƏSUD PEZEŞKİYAN VƏ SƏİD CƏLİLİ İRANDA PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ TURUNA KEÇİB

İranda keçirilən prezident seçkilərində bütün səsvermə bülletenlərinin emalı yekunlaşıb.

İran mediası xəbər verir ki, nəticələrə əsasən, birinci turunda islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili öndədir. Namizədlərin heç biri 50 faizdən çox səs toplamadığından Pezeşkiyan və Cəlili iyulun 5-də keçiriləcək ikinci turda mübarizə aparacaqlar.

Seçki qərargahının nümayəndəsi Möhsün Eslaminin IRIB telekanalında verdiyi məlumata görə, 58,6 min seçki məntəqəsinin hamısında 24,5 milyon səs hesablanıb. Pezeşkiyan 10,4 milyon, Cəlili isə 9,5 milyon səs toplayıb.