MƏSUD ƏFƏNDİYEV VƏ QƏRİB MÜRŞÜDOVA “ƏMƏKDAR ELM XADİMİ” FƏXRİ ADI VERİLİB

Prezident İlham Əliyev M.A.Əfəndiyevə və Q.N.Mürşüdova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Sərəncam verib.

Sərəncamla elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Məsud Arif oğlu Əfəndiyevə və Qərib Novruz oğlu Mürşüdova “Əməkdar elm xadimi” fəxri adı verilib.