
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına bundan sonra kimin rəhbərlik edəcəyinə aydınlıq gəlib.
Məşhur jurnalist Dilarə Səlim “Mədəniyyət” telekanalının yeni direktor təyin edilib.
Bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən məlumat verilib.
Qeyd edək ki, 3 il əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına rəhbərlik Əməkdar incəsənət xadimi Ülviyyə Könülə (Kərimova) tapşırılmışdı.
Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. Daha sonra R.Qasımov keçmiş mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.