
Bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib.
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, məscidə yeni təyinatlar olacaq.
“Əli Şərbətovun təqdimatı bu gün olacaq. O cümlədən məscidə qadın dini ayinlərinin icraçısı da təyin olunacaq”, – deyə o qeyd edib.
Qeyd edək ki, Məşədi Dadaş məscidinin əvvəlki imamı Hacı Şahin Həsənli idi.
