Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi müəyyən edilib.
Bu barədə qərar Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilib.
Milli Məclisdə çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyası) təmsil edən namizədlər aşağıdakılardır:
Məzahir Pənahov
Rövzət Qasımov
Hüseyn Paşayev
Şaitdin Əliyev
Ramiz İbrahimov
Validə Kazımova
Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri:
Arifə Muxtarova
İlham Məmmədov
Nizami Nadirxanlı
Fuad Cavadov
Qabil Orucov
Nailə Əsgərova
Aydın Muradov (ehtiyat üzv)
Parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri isə aşağıdakılardır:
Böyük Quruluş Partiyası (BQP) – Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) – Etibar Quliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) – Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – Almas Qəhrəmanlı.
Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi – Tofiq Həsənov
Demokratik Maarifçilik Partiyası – İlkin Şahbazov
Niyaməddin Orduxan (ehtiyat üzv).
Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.