Məzahir Pənahovun sədrliyi ilə noyabrın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Əvvəlcə Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada noyabrın sonunadək elan olunması nəzərdə tutulan bələdiyyə seçkilərinə hazırlıqlar barədə məlumat verilib.
Sonra Komissiyanın oktyabrın 3-də keçirilən iclasının protokolu təsdiq edilib.
İclasda daha sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsinin ardınca 5 saylı Babək – Naxçıvan – Culfa, 21 saylı Nəsimi – Binəqədi, 41 saylı Gəncə – Samux – Goranboy, 78 saylı Lənkəran kənd, 83 saylı Beyləqan və 103 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliklər edilib.
Media subyektləri nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə də baxılıb.