
Mərkəzi Bankın sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) Qətərin paytaxtı Dohada keçirilən 50-ci İllik Toplantısında iştirak edib.
Mərkəzi Bankdan bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Qətərin Maliyyə Bazarları üzrə Nəzarət Qurumunun rəhbəri Tami Bin Əhməd əl-Binali ilə görüşüb.
Görüşdə hər iki qurumun kapital bazarları üzrə inkişaf strategiyası, IOSCO çərçivəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.