MƏRAKEŞDƏ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN SAYI 3 MİN NƏFƏRƏ ÇATIR

Mərakeşdə 7 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 2 min 946 nəfərə çatıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində azı 5 min 674 nəfər xəsarət alıb.

Ən çox qurbanların sayı Əl-Hauz (1684) və Tarudant (980) əyalətlərində qeydə alınıb.

Qeyd edək ki, sentyabrın 8-də Mərakeş Krallığında güclü zəlzələ baş verib. Mərakeş Milli Geofizika İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri El Haouz əyalətində yerləşən İgil bölgəsində olub. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.