MƏRAKEŞ MƏTBUATI: AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİNİN İLK İLDÖNÜMÜNÜ QEYD EDİR

Mərakeşin aparıcı kütləvi informasiya vasitələrində, o cümlədən xəbər agentliklərində (“Əl-Aləm”, “Bəyan əl-Yaum”, “Əl-İslah”, Amapress, Agnaden, Maroc24 Media, Chanoukome, AlahdatŞ Sadatv, Alqalamlhor, Maroc28) “Azərbaycan Vətən müharibəsinin ilk ildönümünü qeyd edir” başlıqlı məqalələr dərc olunub.

Məqalələrdə 44 gün davam edən müharibədə Azərbaycan ordusunu öz torpaqlarını erməni işğalından azad etmək üçün yüksək döyüş qabiliyyəti nümayiş etdirdi vurğulanır.

Mərakeş mətbuatı qeyd edir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.

Yazılarda Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən, Qarabağda aparılan quruculuq işlərindən və Ermənistan indiyə qədər beynəlxalq konvensiyalara və qanunlara uyğun olaraq təhvil verməli olduğu minalanmış torpaqların dəqiq xəritələrini Azərbaycana verməkdən boyun qaçırmasından söhbət açılır.