MƏLEYKƏ ABBASZADƏ: SƏRT KARANTİN OLMASA, MAGİSTRATURAYA QƏBUL İKİ MƏRHƏLƏDƏ KEÇİRİLƏCƏK

Gələn il üçün magistratura səviyyəsinə sənəd qəbuluna yanvar ayından başlanılması nəzərdə tutulur.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

“Lakin cədvəl təsdiqlənmədiyindən hələlik dəqiq tarix deyə bilmirəm. Qaydalara əsasən, magistraturaya qəbul adətən bir mərhələdə həyata keçirilir. Ötən il isə namizədlərə iki cəhd imkanı verdik. Əgər sərt karantin tədbirləri olmasa çalışacağıq ki, bu tədris ilində də belə bir imkan yaradaq”, – DİM sədri deyib.