MƏLEYKƏ ABBASZADƏ “ŞƏRƏF” ORDENİ İLƏ TƏLTİF EDİLİB

Prezident İlham Əliyev M.M.Abbaszadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məleykə Mehdi qızı Abbaszadə “Şərəf” ordeni ilə təltif edilib.