
Bu il məzunların sayı daha çox olub.
Bunu bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, 11-ci sinfi bitirən imtahan iştirakçılarının sayı bu il 98616 nəfər olub.
“ 2790 nəfər isə peşə liseylərini bitirir. Ötən il müvafiq rəqəm 91067 və 2614 nəfər olub”,- deyə M. Abbaszadə əlavə edib.
