
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
BŞTİ-nin dəstəyi, paytaxtdakı 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən festivalda çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova Ulu Öndərin zəngin siyasi kursunun əsas istiqamətlərindən birinin də ölkə idmanının inkişafı ilə bağlı olduğuna diqqət çəkib. Nərminə Hüseynova Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, idmana və idmançılara yüksək diqqət və qayğı göstərilməsi barədə danışıb. Məktəblərdə idman infrastrukturunun ilbəil yaxşılaşdığını bildirən Nərminə Hüseynova idmanda uğur qazanan məktəblilərin sayının artdığını da qeyd edib.
Sonda qonaqlar məktəblilərin idmanın müxtəlif növlərinə aid çıxışlarını izləyib, onlara uğurlar arzulayıblar.
Festival bədii-musiqili proqramla davam edib.