MƏKTƏBLƏRDƏ İBTİDAİ SİNİFLƏR ÜÇÜN ƏLAVƏ YAZ TƏTİLİ BAŞLAYIB

Ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında da qeyd edilən günlərdə tətil olacaq.