MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL PROSESİNDƏ PRİORİTET KATEQORİYALAR AÇIQLANIB

Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesində prioritet olan kateqoriyalar açıqlanıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bildirib. Onun sözlərində görə,

– Şəhid ailələrinin övladları;

– Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

– Tək işləyən valideynlərin uşaqları;

– Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

– Hərbi xidmətdə olan valideynlərin uşaqları;

– Təhsil alan anaların uşaqları;

– Çoxuşaqlı ailələrdən olan uşaqlar;

– Qəyyumluqda olan uşaqlar prioritet kateqoriyalara aid şəxslərdir.