MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ ELEKTRON QEYDİYYAT DAVAM EDİR

İyulun 29-na (saat 09:00) olan məlumata əsasən, paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat sistemi (www.bq.edu.az) vasitəsilə 5054 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 5414 uşağın məlumatı isə valideynlər tərəfindən şəxsi kabinetə əlavə edilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Xatırladaq ki, iyulun 16-dan uşaqların dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbuluna başlanılıb.

Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər.

Qeyd edək ki, boş yerlərə qəbul il ərzində aparılacaq.