
Ümumi təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə başlanılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, iyulun 22-si saat 16:00-dan etibarən Bakı və Gəncə şəhərlərindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunur.
Seçim prosesi “mektebeqebul.edu.az” portalı vasitəsilə aparılır.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə:
– Alternativ qeydiyyat mərkəzlərinə;
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə;
– “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.