Avqustun 1-i saat 11:00-dan sentyabrın 13-dək uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst qəbul aparılacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, qeyd edilən tarixdən sonra rus bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.
Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı “mektebeqebul.edu.az” saytında təqdim olunub.