MƏHƏMMƏD BİN SALMAN PREZİDENT İLHAM ƏLİYEVƏ MƏKTUB GÖNDƏRİB

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirəm.

Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və firavanlıq arzulayıram”.