MƏDƏT QULİYEV: AZƏRBAYCAN HEÇ VAXT BUGÜNKÜ KİMİ GÜCLÜ VƏ QÜDRƏTLİ OLMAYIB

Biz gələyəcə nikbin baxırıq. Azərbaycan heç vaxt bugünkü kimi güclü və qüdrətli olmayıb. İndi dünyada Azərbaycanın səsinə diqqətlə qulaq asılır.

Bunu müdafiə sənayesi naziri Mədət Quliyev nazirlik işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları xoşbəxtdirlər ki, nazirliyin zavodlarında istehsal olunan silahlar düşməni məhv edib.

“Bu, bizə qismət oldu. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi şanlı qələbədə Müdafiə Sənayesi Nazirliyində çalışan əməkdaşların da müstəsna xidmətləri var. Nazirliyin 72 əməkdaşı müharibədə iştirak edib. Onlardan üçü şəhid olub, yeddisi isə yaralanıb. Hazırda nazirlikdə işləyən əməkdaşlar Birinci Qarabağ müharibəsində də xüsusi şücaət göstəriblər, – deyə nazir qeyd edib.