MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT XADİMLƏRİNƏ “HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ (1923–2023)” YUBİLEY MEDALI TƏQDİM EDİLİB

Mayın 7-də Milli Azərbaycan Tarixi Muzeyində mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə medallar təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup mədəniyyət və incəsənət xadimi Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.