MƏDƏNİYYƏT NAZİRİ VƏZİFƏSİNİN MÜVƏQQƏTİ İCRASI ADİL KƏRİMLİYƏ HƏVALƏ EDİLİB

Prezident İlham Əliyev A.Q.Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib və Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.