Ukraynanın döyüş gedən şəhərlərindən Lvov şəhərinə gələn soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Lvov Azərbaycanlıları Konqresinin sədri Teymur Məmmədov bildirib ki, bu məntəqələrdə azərbaycanlıların zəruri qida ehtiyacları ödənilir. Daha sonra isə soydaşlarımız avtobuslarla Ukrayna-Polşa sərhədinə yola salınır.
Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.