Rusiyanın “Lukoil” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında payını azaldır.
“Lukoil” “Şahdəniz”də “Petronas” şirkətinin payının alınmasına dair sazişə düzəlişlərin imzalanması barədə elan edib.
Yeni razılaşmalara əsasən, “Lukoil” şirkətinin “Petronas”dan aldığı pay 15,5%-dən 9,99%-ə, əməliyyat məbləği isə 2,25 milyard dollardan 1,45 milyard dollara endirilir.