
Dominikan Respublikasının Prezidenti Luis Abinader Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Eyni zamanda, qardaş Azərbaycan xalqına firavanlıq və rifah arzulayıram”.