“LOTEREYALAR HAQQINDA” QANUNA DƏYİŞİKLİK EDİLİB- YALNIZ NAĞDSIZ QAYDADA HƏYATA KEÇİRİLƏCƏK

Prezident İlham Əliyev “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunda dəyişiklik edilməsini təsdiqləyib.

Dəyişikliyə əsasən, müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşu) ilə bağlı hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.”.