LOS-ANCELESDƏ AZƏRBAYCANIN YENİ BAŞ KONSULU TƏYİN EDİLİB – SƏRƏNCAM

Prezident İlham Əliyev Ramil Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Ramil Kamil oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.