
Mərkəzi imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesi iyunun 5-i saat 15:00-dan etibarən başlayır.
Təhsil İnstitutundan bildirilib ki, qeydiyyat iyunun 20-dək davam edəcək.
Qeydiyyat prosesi yalnız şagirdlərin elektron yerdəyişmə portalı vasitəsilə aparılacaq. Valideyn və ya qanuni nümayəndə portal üzərindən müvafiq seçimləri edərək qeydiyyat prosesini elektron qaydada tamamlaya bilər.
Əlavə məlumat və texniki dəstək üçün şagirdlərin elektron yerdəyişməsi portalında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.
Qəbul prosesi həyata keçirilən müəssisələr ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı 7 və 8-ci siniflərə iyunun 25-i, 6-cı siniflərə iyunun 26-sı, 5-ci siniflərə iyunun 27-də həyata keçiriləcək.