
Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Qanuna əsasən dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısının 5-ci maddəsində ( Teleradio yayımı fəaliyyəti) aşağıdakı dəyişiklik edilib.
| 5. | Audiovizual media fəaliyyəti: |
| 5.1. | ümumölkə yerüstü televiziya yayımçısı |
| 5.2. | ümumölkə yerüstü radio yayımçısı |
| 5.3. | regional yerüstü televiziya yayımçısı |
| 5.4. | regional yerüstü radio yayımçısı |
| 5.5. | peyk yayımı həyata keçirən platforma yayımçısı |
| 5.6. | peyk yayımı həyata keçirməyən platforma yayımçısı |
| 5.7. | sifarişli yayım xidməti provayderi |
| 5.8. | sadə platforma operatoru |
| 5.9. | universal platforma operatoru |
| 5.10. | multipleks operatoru |
