LEYSAN OLACAQ, DOLU DÜŞƏCƏK, BƏZİ ÇAYLARDAN SEL KEÇƏCƏK

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.