LEYLA ABDULLAYEVA: AZƏRBAYCAN MÜSTƏQİLLİYİNİ BƏRPA ETDİYİ İLK GÜNDƏN ERMƏNİSTANIN TƏCAVÜZÜ İLƏ ÜZLƏŞİB

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk gündən etibarən Ermənistanın təcavüzü ilə üzləşib.

Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O qeyd edib ki, təcavüz nəticəsində azərbaycanlıların hərbi əsir və girov götürülməsi təcrübəsindən geniş şəkildə istifadə olunub.