LEYLA ƏLİYEVA VƏ ARZU ƏLİYEVA MİLLİ ONKOLOGİYA MƏRKƏZİNDƏ UŞAQLARI ZİYARƏT EDİBLƏR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində müalicə alan uşaqları ziyarət ediblər.

Leyla Əliyeva və Arzu Əliyeva bu anlara aid görüntüləri şəxsi sosial şəbəkə hesablarında da bölüşüblər. Paylaşımlarda uşaqların təbəssümləri və səmimi anlar əks olunub.