LEYLA ƏLİYEVA MASKATDA SULTAN QABUS BÖYÜK MƏSCİDİNİ DƏ ZİYARƏT EDİB

Maskata səfəri çərçivəsində Leyla Əliyeva Sultan Qabus Böyük Məscidini də ziyarət edib.

Mərhum Sultan Qabus bin Səidin təşəbbüsü ilə inşa edilən və 2001-ci ildə açılan məscid ölkənin ən möhtəşəm dini-memarlıq abidələrindən biridir. Təxminən 20 min nəfərin ibadət edə bildiyi məscid Maskatın memarlıq rəmzinə çevrilib.