LEVANDOVSKİ GERD MÜLLERİN REKORDUNU QIRDI

“Bavariya”nın hücumçusu Robert Levandovski Almaniya çempionatının 17-ci turunda “Volfsburq”la qarşılaşmada növbəti qolunu vurub.

33 yaşlı polşalı hücumçu cari ildə qollarının sayını 43-ə çatdırıb və 1972-ci ildə 42 qolla rekord imza atan Gerd Müllerin rekordunu qırıb.

Qeyd edək ki, hazırda R.Levandovskinin çıxış etdiyi “Bavariya” klubu Almaniya Bundesliqasında liderdir. Polşalı hücumçu cari mövsümdə 17 oyuna 19 qol vurub.