LEVANDOVSKİ 2021-Cİ İLİN ƏN YAXŞI FUTBOLÇUSU SEÇİLİB

Almaniyanın “Bavariya” klubu və Polşa yığmasının hücumçusu Robert Levandovski Beynəlxalq Futbol Federasiyasının (FIFA) versiyasına görə 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Mükafatlandırma mərasimi təşkilatın mənzil-qərargahında onlayn-formatda keçirilib.

Qeyd edək ki, ötən il “Bavariya”nın heyətində R.Levandovski Almaniya Bundesliqasının və ölkə Super Kubokunun qalibi olub.