
Fransanın https://www.lesechos.fr portalında “Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya “COP-a üçlük sədrliyinə başlayıblar” adlı məqalə dərc olunub.
Məqalədə bu üç ölkə (COP-un keçmiş, hazırkı və gələcək sədrləri) arasında bu fövqəl tərəfdaşlığın qlobal iqlim danışıqlarında əməkdaşlığı və davamlılığını möhkəmləndirmək məqsədi daşıdığı bildirilir. Bu sədrliyin məqsədlərindən birinin istiləşmənin artımının 1,5° C səviyyəsində saxlanılmasıdır.
Məqalədə vurğulanır ki, bu üçlük sədrliyi, beynəlxalq iqlim danışıqları tarixində görünməmiş konfiqurasiyadır. COP28-ə sədrlik etmiş Birləşmiş Ərəb Əmirlikləri və onun davamçıları COP29-un sədri Azərbaycan və COP30-un sədri Braziliya qlobal iqlim danışıqlarının əməkdaşlığını və davamlılığını yaxşılaşdırmaq üçün tərəfdaşlığa başladıqlarını elan ediblər.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında sazişi qəbul edən 198 ölkə bu üç sədrliyə Paris Sazişinin ən iddialı məqsədinə nail olmaq üçün “yol xəritəsi” üzərində birgə işləməyi tapşırıb. Birləşmiş Millətlər Təşkilatının iqlim ekspertlərinin (Giec) hesablamalarına görə 1,5°C temperatur həddinə çox güman ki, 2030-2035-ci illərdə nail olunacaq.
Məqalədə bildirilir ki, bu tərəfdaşlıq, COP28-in yekun razılaşmasına əsasən, milli səviyyədə müəyyən edilmiş töhfələrin növbəti dövründə ambisiyalar irəli sürmək üçün beynəlxalq əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirməlidir, hər bir ölkənin emissiyaların azaldılması planlarına 2025-ci ildə Braziliyanın Belem şəhərində keçiriləcək COP30-a qədər yenidən baxılmalıdır.
COP28-in sazişi qlobal danışıqlarda əsas problem olan inkişaf etməkdə olan ölkələrə maliyyə yardımına dair irəliləyişi ehtiva etmədi. Bu ölkələrə maliyyə yardımı məhz Bakıda keçiriləcək COP29-un əsas mövzusu olacaq.
Əməkdaşlıq və İqtisadi İnkişaf Təşkilatına (OCDE) görə, iki il gecikmə ilə zəngin ölkələr 2022-ci ilə qədər 100 milyard dollarlıq iqlim maliyyəsi ilə bağlı ilkin vədlərinə nail olublar. Ancaq dövlət yardımı hələ də, kifayət qədər deyil. BMT ekspertlərinin hesablamalarına görə, 2030-cu ilə qədər Çin müstəsna olmaqla, inkişaf etməkdə olan ölkələrin illik 2,400 milyard dollar ehtiyacı olacaq.
“Beləliklə, 1,5°C həddinə çatmaq üçün “iqlim probleminin miqyasını və aktuallığını əks etdirən yeni maliyyələşdirmə hədəfinin müəyyən edilməsi vacib olacaq”, – deyə COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin Bakı konfransını inkişaf etmiş və inkişaf etməkdə olan dünya arasında körpü qurucusu kimi təqdim etdiyi vurğulanır.