LERİKDƏ ZƏLZƏLƏ OLUB

Lerikdə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 11:25-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.

Maqnitudası 3,1, dərinliyi 27 km olan zəlzələ hiss edilməyib.