Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: “Zati-aliləri, icazə verin, yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.
Qəti şəkildə inanıram ki, Latviya və Azərbaycan arasında dostluq əlaqələri qarşıdan gələn illərdə genişlənməkdə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, ölkənizə sülh və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.