Latviyada Şimali Atlantika Alyansının bir neçə ölkəsinin silahlı qüvvələrinın üç min hərbi qulluqçunun iştirakı ilə beynəlxalq “Namejs 2022” təlimləri başlayıb.
Xarici media qurumları xəbər verir ki, Latviya ordu komandanlığının məlumatına görə, hərbi təlimlər müdafiə zamanı milli və müttəfiq qüvvələrin qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədi daşıyır.
Böyük Britaniya, Litva, Polşa, ABŞ, Çexiya və Estoniyanın hərbi birləşmələri “Namejs 2022” təlimlərində iştirak etmək üçün Latviyaya gəlib. Manevrlərdə, həmçinin Latviyada yerləşən və tərkibinə Albaniya, İtaliya, İslandiya, İspaniya, Kanada, Polşa, Slovakiya, Sloveniya, Monteneqro və Çexiyadan bölmələrin daxil olduğu NATO batalyonu da iştirak edəcək.
Müttəfiqlərin komandanlığı təlimlərə motoatıcı və desant bölmələri, artilleriya, aviasiya, həmçinin operativ planlaşdırma və maddi-texniki təminat bölmələrinin nümayəndələrini göndərib. Mayın 27-si başa çatacaq “Namejs 2022” təlimlərinin bir neçə mərhələdən ibarət olacağı bildirilir.