LAÇINDA MÖVQELƏRİMİZ ARTİLLERİYA QURĞULARI VƏ MİNAATANLARDAN ATƏŞƏ TUTULUR

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından, 82 və 120 millimetrlik minaatanlardan atəşə tutur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.