LAÇINDA MİNAYA DÜŞƏNLƏRDƏN BİRİ DÜNYASINI DƏYİŞİB

Laçın rayonunda minaya düşən şəxslərdən biri dünyasını dəyişib.

Hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Elsevər Həmidov xəstəxanada həyatını itirib.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Xatırladaq ki, dünən Laçın rayonunun Suarası kəndində təmir tikinti işləri ilə məşğul olan 2 nəfərin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.