Laçın rayonunda minaya düşən fəhlə vəfat edib.
Mina partlayışı nəticəsində ağır bədən xəsarətləri diaqnozu ilə Bakıya gətirilən 1992-ci il təvəllüdlü Pərvin Salahov Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
P. Salahov hospitalda dünyasını dəyişib.
Qeyd edək ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb.