LAÇINDA BAŞ PROKURORLUQ TƏRƏFİNDƏN BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR 

Laçında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransda Baş prokuror Kamran Əliyev, Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun Beynəlxalq əməkdaşlıq idarəsinin prokuroru Temur Tsindeliani və digər qonaqlar iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib.

Laçında Baş Prokurorluq tərəfindən beynəlxalq konfrans keçirilir (FOTO)