LAÇIN-XANKƏNDİ YOLUNDAN SÜLHMƏRAMLILARIN AVTOMOBİLLƏRİNİN SƏRBƏST HƏRƏKƏTİ DAVAM EDİR

Hər zaman olduğu kimi, bu gün də Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən humanitar məqsədli istənilən hərəkətə şərait yaradılır.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə Laçın istiqamətindən Xankəndiyə doğru hərəkət edən sülhməramlılara aid bir minik və bir təminat avtomobilinin aksiya ərazisindən sərbəst keçidi təmin olunub.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.