LAÇIN-XANKƏNDİ YOLU: KANADALI JURNALİST VƏ GÜRCÜSTANLI BLOGER AKSİYA KEÇİRİLƏN ƏRAZİYƏ GƏLİB

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu gün kanadalı jurnalist Deyv Qordon və gürcüstanlı bloger Tamuna Mumladze hadisə yerinə gəliblər.

Onlar hazırda aksiyanın gedişi, keçirilmə səbəbləri barədə məlumatlandırılır.

Eyni zamanda, Deyv Qordon və Tamuna Mumladze aksiya ərazisindən çəkilişlər edir, reportaj hazırlayırlar.