Sentyabrın 8-də “Laçın” sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi keçib.
Ümumilikdə bu nəqliyyat vasitələri ilə 30 nəfərin məntəqədən maneəsiz keçidinə şərait yaradılıb.
Onlardan 4-ü BQXK-nın üzvü, 9-u sürücü, 10-u xəstə, 6-sı müşayiətçi, 1-i isə tibb işçisi olub.
Qeyd edək ki, erməni əsilli şəxslərin nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb. Bu, bir daha Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.