LAÇIN SƏRHƏD BURAXILIŞ MƏNTƏQƏSİ DÖVLƏT SƏRHƏDİNDƏN BURAXILIŞ MƏNTƏQƏLƏRİNİN SİYAHISINA DAXİL EDİLİB

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısında dəyişiklik edilib.

Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən Laçın dövlət sərhədindən buraxılış məntəqəsi – (Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) həmin siyahıya daxil edilib.